10 qəpik udan 18 aylıq körpə ölümdən döndü - Video

10 qəpik udan 18 aylıq körpə ölümdən döndü - Video


Bakıda 18 aylıq uşaq 10 qəpiklik udub. Həkimlərin vaxtında müdaxiləsi uşağı böyük riskdən xilas edib.

Gecce.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, valideyn diqqətsizliyi az qalsın uşağın ölümünə səbəb olacaqdı. Ani bir diqqətsizlik yaş yarımlıq uşağın qəpik udmasına gətirib çıxarıb.

Hadisə dünən Bakı şəhərində baş verib. Uşağın vaxtında xəstəxanaya çatırılması onun həyatını xilas edib.

Heç bir zədələmə olmadan həkim tərəfindən həmin qəpik qida borusundan çıxarılıb.

Həkim Habil Hüseynov valideynləri belə risklərlə qarşılaşmamaq üçün diqqətli olmağa səsləyir. Onun sözlərinə görə, xüsusən 2-3 yaş altı uşaqlar yad cismlərdən maksimum şəkildə qorunmalıdır. Çünkü bu yaş qurupu uşaqlar əşyaları daha çox dodaqları ilə hiss etməyə çalışırlar.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti