Bakıda bankomatdan pul çıxaran öldürüldü - Video

Bakıda bankomatdan pul çıxaran öldürüldü - Video


Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində qətl törədilib.

Gecce.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava zamanı qeydə alınıb.

Qəsəbənin girişindəki marketin qarşısında 22 yaşlı Vüqar adlı qəsəbə sakininə tanımadığı şəxslər hücum edib. Bu vaxt onun yanında dostu, 1997-ci il təvəllüdlü Səlimov Kənan Nəsimi oğlu da olub və dostlar həmin ünvanda yerləşən bankomatdan pul çıxararaq evə gedirmişlər. K.Səlimov tərəfləri ayırmağa çalışıb, ancaq naməlum şəxslər hər iki oğlana bıçaqla xəsarətlər yetiri

Vüqarın yaxınları bildirib ki, ən çox zərbələr bankomatdan pul çıxaran Vüqara dəyib. Nəticədə Vüqar yerində keçinib, hadisəni törədənlər isə pulu götürərək ərazidən uzaqlaşıblar. Xəsarət almış K.Səlimov ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis və prokurorluq nümayəndələri gəlib. Ərazidə müayinələr aparılıb. Qətli törədənlərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort