Bakıda bağçada uşaqlara belə işgəncə verdilər - Video + Yenilənib

Bakıda bağçada uşaqlara belə işgəncə verdilər - Video + Yenilənib


Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video-görüntü yayılıb.

Gecce.az azxeber.com-a istinadən xəbər verir ki, görüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Məlum olub ki, hər gün uşaqlara dözülməz işgəncə verirlər.

***

Hadisə Yasamal rayonunda yerləşən "Kids Studio” özəl bağçasında baş verib. Uşaqlar qarşı kobud davranan şəxsin adı isə Firuzə Tağıyevadır.

Məsələ ilə bağlı sayt bağça ilə əlaqə saxlayıb. Bağçadan bildiriblər ki, həmin görüntü bağçada çəkilsə də, orada döyülmə faktı olmayıb: "Bu uşaq mənim öz uşağımdır və sadəcə tənbeh etmişəm. Xəbərdə qeyd olunan hallar olmayıb".

***

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda uşaq bağçalarından birində tərbiyəçinin uşaqlara qarşı zorakılıq etməsini özündə əks etdirən görüntülərə münasibət bildirib.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında deyib ki, uşaq bağçasının yerləşdiyi ərazinin və uşaqlara qarşı zorakılığı törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə araşdırmaya başlanılıb. Yayılan görüntülərlə bağlı müvafiq dövlət qurumları ilə əlaqə saxlanılıb, araşdırmalar aparılır. Uşaqlara qarşı zorakılıq yolverilməzdir. Uşaqlara xidmət göstərilən xüsusi müəssisələrdə peşəkar kadrlar çalışmalı, onların sosial-psixologiya sahəsində təhsilləri olmalıdır".

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Səbaildə su olmayacaq

23.10.2018 / 18:00
 
Xəbər lenti
                                     
Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi 15:30 Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi
                     
ankara escort