Rusiyanın dövlət kanalında növbəti antiazərbaycan çıxış - Yenə Solovyovdan

Rusiyanın dövlət kanalında növbəti antiazərbaycan çıxış - Yenə Solovyovdan


Ermənipərəst mövqeyi ilə tanınan Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyov növbəti dəfə antiazərbaycan çıxışı ilə gündəmdədir.

Ukraynalı politoloq Vyaçeslav Kovtun diskussiya zamanı Azərbaycanın mövqeyini və onun ərazi bütövlüyü haqqını dəstəklədiyini bəyan edib. “Rossiya-1” dövlət televiziyasında yayımlanan verilişin aparıcısı Solovyov isə Kovtuna Qarabağın hər zaman ermənilərin yaşadığı ərazi olduğunu bilib-bilmədiyini soruşub.

Daha sonra bildirib ki, hətta müasir Yerevan ərazisində elə bir dövr olub ki, ermənilər məskunlaşmayıb, lakin Artsax (Qarabağ) torpaqlarında hər zaman ermənilər olublar:

“Əgər sülh yolu ilə olmayacaqsa, bu məsələni həll etməyin yeganə yolu Artsaxda yaşayan erməniləri məhv etməkdir. İnsanlıq buna getməyəcək. Bu insanlar dünənə kimi müəllim işləyirdilər, torpaq becərirdilər, daha sonra müharibə başladı. Yeri gəlmişkən, Sovetlər İttifaqı rəhbərliyinin ucbatından...Və o zaman həmin insanlar ayağa qalxdılar və özlərini, olduqları kimliklərini qorumağa məcbur oldular”.



“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti