Ölən balinanın mədəsindən 7 kiloqram plastik qab çıxdı - Video

Ölən balinanın mədəsindən 7 kiloqram plastik qab çıxdı - Video


Taylandda Malayziya ilə sərhəddə dalğaların sahilə atdığı qara balina aşkarlanıb.

Balinanın xilası üçün 5 gün cəhd edilsə də, gözlənilən nəticə alınmayıb. Sərbəst üzüb, qidalana bilməyən nəhəng canlının həyatını xilas etmək mümkün olmayıb.

Qara balinanın ölüm səbəbinə gəlincə, onun mədəsində 7,7 kiloqramadək çəkisi olan 80 ədəd plastik qab tapılıb. Daim plastik materiallarla qidalanan məməli daha sonra normal qidalana bilməyib.

Qeyd edək ki, hər il Tayland sularında plastik tullantılar səbəbindən 300 dəniz canlısı məhv olur.



"Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort