Vulkan püskürməsində ölü sayı 40-a çatdı - Zəlzələ də baş verdi + Yenilənib

Vulkan püskürməsində ölü sayı 40-a çatdı - Zəlzələ də baş verdi + Yenilənib


Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Daha əvvəl ölü sayının 7, yaralı sayının isə 300 nəfər olduğu açıqlanmışdı.

Son rəqəmlərə görə, 653 insan müvəqqəti sığınacağa yerləşdirilib.

Qeyd edilir ki, bu, son illərin ən güclü vulkan püskürməsidir. Qvatemala hökuməti bir neçə yaşayış məntəqəsində “qırmızı” həyəcan səviyyəsi elan edib. Fueqo vulkanının aktivliyinə görə paytaxtın beynəlxalq aeroportu bağlanıb.

***

Qvatemala prezidenti Cimmi Morales ölkədə üçgünlük matəm elan edib.

***

Ölü sayının 40-a çatdığı açıqlanıb.

Bölgənin qatı duman bürüdüyü üçün helikopterin hərəkəti məhdudlaşıb. Bundan başqa vulkanın püskürdüyu lava da yollara dağılıb. Buna görə də xilasetmə işləri çətinləşib.

Yeraltı proseslər aktivləşdikdən sonra 5,2 bal gücündə zəlzələ də baş verib.




“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

15.11.2018 / 15:30
 
Xəbər lenti
                                                           
ankara escort