Öldürüldüyü deyilən jurnalist sağ çıxdı - Kəşfiyyatın planı imiş + Video

Öldürüldüyü deyilən jurnalist sağ çıxdı - Kəşfiyyatın planı imiş + Video


Dünən rusiyalı jurnalist Arkadi Babçenkonun Kiyevdə öldürülməsi barədə məlumat yalan çıxıb.

“Qafqazinfo” “112.ua”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Qritsak jurnalistlərə açıqlamasında məlumat verib.

O deyib ki, dünən sui-qəsdi törədənin üzə çıxarılması üçün ölüm xəbəri bilərəkdən yayılıb. Qritsak artıq cinayətkarın yaxalandığını deyib.

Sui-qəsdin Rusiya kəşfiyyat orqanları tərəfindən hazırlandığı iddia edilir.

Qeyd edək ki, Babçenko siyasi baxışlarına görə Rusiyadakı təzyiqlərdən xilas olmaq üçün ötən il Ukraynaya köçüb və orada yaşamağa başlayıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort