Yunanıstanda 12 nəfər şəhər merini döyərək xəstəxanalıq edib - Video

Yunanıstanda 12 nəfər şəhər merini döyərək xəstəxanalıq edib - Video


Yunanıstanda Saloniki şəhərinin 75 yaşlı meri Yanis Butaris 10-12 nəfər tərəfindən döyülüb.


Hadisə “Pontus Soyqırımı”nın ( 1914-1923-cü illərdə Birinci Dünya Müharibəsi və yunan-türk müharibələri zamanı etnik yunanların türklər tərəfindən qətlə yetirildiyi iddia edilir-red.) anım gününə həsr olunan tədbirdə yaşanıb.

Mərasim zamanı merə 10-12 nəfər yaxınlaşıb və ondan tədbiri tərk etməsi tələb olunub. Şəhər meri etiraz etdikdə isə onu yerə yıxaraq döyməyə başlayıblar. Butaris baş, kürək və ayağından aldığı zədələrlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Salonik şəhərinin meri Yunanıstan və Türkiyənin yaxınlaşmasının tərəfdarı kimi tanınır.

Ölkənin baş naziri Aleksis Çipras hücum edənləri ultrasağçı quldurlar adlandırıb və gec-tez öz hərəkətlərinə görə cavab verəcəklərini deyib.

Polis iki şübhəlini saxlayıb.



“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort