Pulla burnunu sildi - ölkə ayağa qalxdı

Pulla burnunu sildi - ölkə ayağa qalxdı


Rusiyalı futbolçu Stanislav Manayevin paylaşdığı video başına bəla olub.

19 yaşlı idmançı burnunu 4 min 940 rubla (təxminən 150 AZN) sildiyi görüntüləri sosial şəbəkədə yerləşdirib və yazıb:

“Mən bu pulları ehtiyacı olanlara verə bilərəm, amma burnum çox axdığı üçün verməyəcəyəm”.

Stanislavın bu hərəkəti izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Çoxlu tənqidi şərhlərdən sonra futbolçu videonu səhifəsindən silib.

Lakin bununla da iş itməyib. Manayevin bu hərəkətinə Rusiya İdman naziri Pavel Kolobov ad münasibət bildirib:

“Bu görüntülər futbolçunun təhsil səviyyəsinin aşağı olduğunu göstərir. Əminəm ki, bu, onun üçün bir dərs olacaq”, - deyə nazir qeyd edib.



Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort