Beyləqanda dilsiz uşaq doğulub - Video

Beyləqanda dilsiz uşaq doğulub - Video


Beyləqan rayonunun Birinci Şahsevən kəndində doğulan Ayxan İmanov anadangəlmə dilsizdir.

Gecce.az Xezerxeber.az-a istinadən xəbər verir ki, 1yaş 4 aylıq olan uşağın dili olmadığı üçün ağzındakı hissiyatları da yoxdur. Bu da onun qidalanmasında problemlərə yol açır.

Valideynlərinin sözlərinə görə, Ayxanın müalicə olunması üçün həkimlərə müraciət etsələr də, xeyri olmayıb. Uşaq daha çox duru yeməklərlə və əmzik vasitəsi ilə qidalanır.

Dili olmadığından danışa bilməyən Ayxan istəklərini ancaq əl-qol hərəkətləri vasitəsi ilə başa sala bilir.

Həkimlər isə bu halın çox nadir anomaliya olduğunu bildirirlər.

Həkimlər bildirirlər ki, əgər bu problemə vaxtında müdaxilə olunmazsa, belə uşaqlarda daha çox ağciyərlə bağlı bir sıra ciddi problemlər ortaya çıxacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti