Bakıda xəstəxanada qeyri-adi müalicə metodu - Təəccüblənəcəksiniz - VİDEO

Bakıda xəstəxanada qeyri-adi müalicə metodu - Təəccüblənəcəksiniz - VİDEO


Xəstələrin sağalma prosesində tətbiq edilən metod sizi də təəccübləndirəcək. Bakıdakı xəstəxanaların birində ümumi psixi xəstəliklərdən əziyyət çəkənlər itlər vasitəsi ilə müalicə edilir. Pasiyentlər itlərlə gəzintiyə çıxır, sirlərini onlara danışırlar. Həkimlər bu terapiyanın köməyi ilə xəstələrin psixi hallarında irəliləyiş olduğunu təsdiqləyirlər.

Söhbət paytaxtın Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasından gedır.
Xəstəxananın həkim-psixiatrı Ayşən İskəndərovanın fikrincə, bu müalicə metodu ilə pasiyentlərdə sağalma prosesi daha sürətli gedir

Qeyd edək ki, bu müalicə üsulundan ilk dəfə İngiltərədə 1790-cı ildə istifadə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti