Həzi Aslanov metrosu yaxınlığında partlayış - Yenilənib (Video)

Həzi Aslanov metrosu yaxınlığında partlayış - Yenilənib (Video)


Bakıda Həzi Aslanov metrostansiyası yaxınlığında yerləşən radiozavodda 3 dəfə ard-arda partlayış baş verib.

Gecce.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Qafqazinfo"ya bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb. Hər ehtimala qarşı təcili yardım əməkdaşları hazırda hadisə yerindədirlər.

Yaxınlıqdakı binaların sakinlərinin bildirdiyinə görə, partlayış o qədər güclü olub ki, binalar silkələnib. Bəziləri təşvişə düşərək nə olduğunu anlmayıb və qaçaraq binadan çıxıblar.

***

Gecce.az Novosti.az-a istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat verib.

Birinci partlayış 19:15 radələrində, digərləri isə 8 dəqiqə sonra baş verib.

Əraziyə çoxlu sayda yanğınsöndürən maşınlar cəlb edilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti