WhatsApp”-dan daha bir yenilik - İNANILMAZDIR - VİDEO

WhatsApp”-dan daha bir yenilik - İNANILMAZDIR - VİDEO


Dünyanın ən çox istifadə edilən sosial şəbəkələrindən biri olan "votsap" bu yaxınlarda istifadəçiləri üçün daha bir yenilik edib. Belə ki, "teleqram", "linkedin" və digər sosial şəbəkələr kimi artıq "votsap"ın da biznes versiyası hazırlanıb. "votsap biznes" adlandırılan yeni mobil tətbiqin adi "votsap"dan bir sıra üstünlükləri var. Hələ ki pulsuz olan bu proqramın biznes sahiblərinin işini asanlaşdıracağı deyilir.


Bir çox şirkətlər müştərilərinə daha əlçatan olmaları üçün çalışırlar ki, bütün onlayn vasitələrdən istifadə etsinlər. Əvvəllər əlaqə yerinə ancaq telefon nömrəsi əlavə edilirdisə, indi mail, facebook, tvitter, instagram və votsap kimi sosial platformalardakı ünvanlar da yazılır. Bir çox sosial şəbəkələr isə müştəriləri üçün nisbətən üstünlüyə malik biznes platformalarını hazırlayırlar.

Artıq votsap sosial şəbəkəsi də şirkətlər və biznesmenlər üçün öz yeni tətbiqini hazılayıb. "Business votsap" adlandırılan proqramın adi "votsap"dan bir sıra üstünlükləri var.

Biznes məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulan "business votsap" da ödənişsiz olaraq təqdim edilir. Yeni proqram sayəsində həm şəxsi votsap hesabını, həm də şirkətin votsap hesablarını bir telefonda istifadə etmək mümkün olacaq.
Proqram görünüşü ilə adi votsapdan yalnız loqotipindəki "B" hərfi ilə fərqlənir. Bundan əlavə, "business votsap"ı stasionar telefon nömrəsi ilə də açdırmaq mümkün olacaq. Votsapın bu versiyasının yaxın günlərdə İOS və Android veb mağazalarında istifadəçilərə təqdim ediləcək.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
100 il...

28.05.2018 / 10:00
 
Xəbər lenti
                                            
20:00 "Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"