Marketdən yumurta aldı, içərisindən qan rəngində maye çıxdı - VİDEO

Marketdən yumurta aldı, içərisindən qan rəngində maye çıxdı - VİDEO


Binəqədi sakini marketdən yumurta alıb evdə istifadə etmək istədikdə içərisində qan rəngində maye olduğunu görüb. "XəzərXəbər” yumurtada bu mayenin necə yarandığını və yarada biləcəyi fəsadları araşdırıb. Qida mütəxəssisləri bildirir ki, belə qırmızı rəngli mayelər yumurtada uzun müddət saxlandıqda baş verir və istifadəsi tövsiyyə olunmur. Quşçuluq Cəmiyyəti isə əksini söyləyir.

Marketdən yumurta aldı, içərisindən qan rəngində maye çıxdı. Binəqədi rayonu, Çiçək qəsəbəsində yaşayan Həsrət Cəfərov marketdən aldığı yumurtanı sındıranda bu görüntü ilə qarşılaşıb. Yumurtanın içərisində qan rəngində əlavə maye müşahidə olunub.

Həsrət Cəfərov bildirdi ki, həmin yumurtanı istifadə etməyiblər və atmağa qərar veriblər. Məsələ ilə bağlı qida mütəxəssisləri bildirir ki, belə qırmızı rəngli mayelər yumurtada uzun müddət saxlandıqda baş verir və istifadəsi tövsiyyə olunmur.

Mütəxəssislər bildirir ki, yumurtanın yeni və ya köhnə olmasını belə bilmək mümkündür.

Məsələ ilə bağlı Azərbaycan Quşçuluq Cəmiyyətinin rəhbəri Aydın Vəliyev isə bildirdi ki, yumurtanın içərisində qana bənzər mayenin olması toyuqların yeni yumurta qoymağa başladığı vaxtlarda baş verir. Onun sözlərinə görə belə yumurtalar heç bir təhlükə yaratmır və yeyilə bilər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
10 günlük eşq bitdi

24.06.2018 / 21:00
 
Xəbər lenti