Azərbaycanda təhlükəli uşaq qidaları satılır? – Video

Azərbaycanda təhlükəli uşaq qidaları satılır? – Video


Fransada “Lactalis” tərəfindən istehsal edilən uşaq qidalarında salmonella bakteriyası aşkar edilib. Şirkətin baş katibi Emmanuel Besnier “Le Journal du Dimanche”ə danışarkən qeyd edib ki, məhsullar dünyanın 83 ölkəsində satılır.

Gecce/az Oxu.az-a istinadən xəbər verir ki, bu məhsulların Azərbaycanda da satıldığı ehtimal edilir.

Məsələ ilə bağlı Eyyub Hüseynov bildirib ki, həmin uşaq qidası ölkəmizdə də satıla bilər:

“İstisna olunmur ki, həmin məhsul Azərbaycanda satıla bilər. Vətəndaşlar həmin məhsulu almaqdan çəkinməlidir. Ümumiyyətlə, qida distribüterləri pediatrla əlbirdir, hətta doğum evlərində yeni doğulan uşağın ailəsi ilə əlaqə saxlayıb, süni qidalar təbliğ edirlər. Körpə qidaları həkim təyinatı əsasında alınır, həmin həkimlər bu şirkətlə əməkdaşlıq edirsə, onu məsləhət görür.

Həmin məhsullardan almamağa çalışmalıyıq. İqtisadiyyat Nazirliyi və Səhiyyə Nazirliyinə müraciət olunmalıdır.

“Lactalis” məhsullarını ölkəmizdə distribüteri olan “Lactalis Caspi”dən bildiriblər ki, ölkəmizdə bu şirkətin istehsal etdiyi uşaq qidaları satılmır:

“Biz süd məhsullarının satışını həyata keçiririk. Məsələ ilə bağlı Nazirlər Kabinetindən bizə müraciət edilib. Qeyd etmək istəyirik ki, şirkətin istehsal etdiyi uşaq qidaları 2013-cü ildən bəri ölkəmizə bizim tərəfimizdən gətirilməyib. Ümumiyyətlə, “Lactalis” tanıdığı distribüterlərə məhsullarını satır, lakin kimsə xaricdən alıb ölkəyə gətirirsə, biz ona cavabdeh ola bilmərik”.

K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev Oxu.Az-a bildirib ki, əgər “Lactalis” tərəfindən istehsal edilən uşaq qidaları ölkəmizdə satılırsa, bunun qarşısı təcili alınmalıdır.

İstənilən qidanın hazırlanması texnologiyası düzgün aparılmayıbsa, bakteriyaya yoluxma baş verə bilər:

“Azərbaycanda “Lactalis” tərəfindən istehsal edilən uşaq qidalarının satışı ilə bağlı məlumatımız yoxdur”.

“Baş pediatr uşaq qidaları ilə bağlı valideynlərə də müraciət edib:

“Uşaqlar ana südü ilə qidalanmalıdır. Əgər ana öz uşağını süni qida ilə qidalandırırsa, o, uşağı təhlükəyə atır”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                 
20:00 "Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"