“Polis onlara sahib çıxmadı” - Canlı yayımda ağladı

“Polis onlara sahib çıxmadı” - Canlı yayımda ağladı


Türkiyənin məşhur xəbər aparıcısı Ece Üner canlı yayımda göz yaşlarını saxlaya bilməyib.

“Habertürk”ün siması efirdə 2 və 4 yaşlı qızlarını tüfənglə öldürən və daha sonra intihar edən Ali Yardım barədə yayımlanan sujetdən sonra halı pisləşib.

E. Üner ağlayaraq polislərə etirazını bildirib:

“Onları qoruya bilmədik. Anaları söyləmişdi ki, polisə demişdik, amma onlar bizə sahib çıxmadı. Biz bunu həqiqətən qəbul edə bilmərik. İnsanı yaşat ki, dövlət yaşasın. Amma biz övladlarımızı yaşada bilmirik. Gələcəyimizi qorumuruq. İki balaca qəlb bu gün döyünmdür”.

Qeyd edək ki, övladlarını itirən Dilek Yardım boşanmaq istədiyini, amma həyat yoldaşının buna mane olduğunu deyib. O, ərinin bu səbəbdən belə bir cinayətə əl atdığını bildirib.



“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Qadın meyiti tapıldı

25.06.2018 / 16:20
 
Xəbər lenti