Bulvarda Bakının ən böyük yolkası qurulur - Video

Bulvarda Bakının ən böyük yolkası qurulur - Video


Dənizkənarı bulvarda Bakının ən böyük yolkası quraşdırılır.

Gecce.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, yolkanın hündürlüyü 35 metr olacaq. Bununla yanaşı, ərazidə yeni il yarmarkalarının da təşkil edilməsi nəzərdə tutulub.

Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidovun sözlərinə görə, hazırlıq tədbirləri çərçivəsində “Neftçilər” prospekti istiqamətində ağacların işıqlandırılmasına və Kukla teatrının yanındakı böyük meydanda yolkanın quraşdırılmasına başlanılıb.

Bulvarda quraşdırılan yolkanın ətrafında Şaxta baba və Qar qız da olacaq.

Vətəndaşlar onlarla ödənişsiz şəkil də çəkdirə biləcəklər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Rayonlara qar yağacaq

17.01.2018 / 13:06
 
Xəbər lenti