Polis qucağında uşaqla oğrulardı güllələdi - Video

Polis qucağında uşaqla oğrulardı güllələdi - Video


Braziliyanın Kampu-Limpu-Paulista şəhərində qucağında oğlunu saxlayan polis aptekə girən oğruları zərərsizləşdirib.

Bu barədə yerli “Folha de Sao Paulo” portalı məlumat yayıb.

Məlumata əsasən, polis xanımı və qucağında oğlu ilə aptekə daxil olub. Bu zaman iki oğru soyğunçuluq məqsədiylə aptekə girib. Polis isə qucağında uşaq olmasına baxmayaraq oğrulara atəş açıb. Hadisə nəticəsində hər 2 soyğunçu ölüb.

Bütün bunlar isə aptekin təhlükəsizlik kamerasına düşüb.

Faktla bağlı araşdırma aparılır.




“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti