Restoranda dava düşdü, müğənni bıçaqlandı - Video

Restoranda dava düşdü, müğənni bıçaqlandı - Video


Hadisə gecə saatlarında Binəqədi rayonunun Xocasən qəsəbəsində olub.

Gecce.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, 25 yaşlı Cəfərov Vüsal Vüqar oğlu ''Murad'' şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb.

Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib.

Müğənni ilkin dindirilmə zamanı yolu keçərkən maşın vurması nəticəsində xəsarət aldığını bildirsə də, araşdırma zamanı məlum olub ki, o, tanışları tərəfindən bud nahiyəsindən bıçaqlanıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah qaz olmayacaq

20.11.2017 / 19:32
 
Xəbər lenti