Sanki fəhlə deyil, illərin muğam ustasıdı - VİDEO

Sanki fəhlə deyil, illərin muğam ustasıdı - VİDEO


İndi sizə təqdim edəcəyimiz sujetin qəhrəmanı tikinti şirkətlərinin birində fəhlə işləyir. Amma oxuduğu muğamlarla heç də peşəkar müğənnilərdən geri qalmır. Onun dinləyiciləri iş yoldaşları, oxuduğu səhnə isə tikilməkdə olan binalardır. Əslən Göygöl rayonundan olan Elnur Əliyev məlahətli səsi ilə eşidənləri valeh edir.

Sanki fəhlə deyil, illərin muğam ustasıdı. Məlahətli səsi ilə hazırkı müğənnilərdən heç də geri qalmır. Səsi ilə eşidənləri valeh edən Elnurun oxuduğu yer isə bəzəkli səhnələr yox, işlədiyi tikinti məkanlarıdı. Oxuduğu mahnıları heçbir sosial şəbəkəyə yerləşdirməsə də, onu iş yoldaşları fəhlə kimi deyil, öz aralarında muğam ustası kimi tanıyırlar. Adətən bu cür istedadlı şəxsləri biz tapsaq da, bu dəfə Elnur özü bizi axtarıb tapdı.

Əslən Göygöl rayonu, Çaykənd kəndindən olan Elnur musiqi istedadını uşaq vaxtı çobanlıq edərkən kəşf edib. Peşəkar musiqi təhsili olmasa da oxuduğu mahnıları ilə işlədiyi yerlərdə hər kəsin diqqətini çəkə bilib.Dediyinə görə təbi harda gəldi, orda da oxumağa başlayır.

Musiqi təhsilinin arzusu ilə Bakıya gələn Elnur bir müddət fərdi müəllim yanına musiqi təhsili almağa gedib. Lakin sonradan ailə qayğıları onun qarşısına sədd olub. Musiqi sahəsində özünə iş tapa bilmədiyindən məcbur olaraq tikintidə fəhlə kimi çalışıb. Elnur musiqi təhsili alaraq biliklərini daha artırmaq istəyir. Ən böyük arzusu isə böyük səhnələrdə oxumaqdır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti