Şadlıq sarayları və restoranlar bunu etməsə CƏRİMƏLƏNƏCƏK - VİDEO

Şadlıq sarayları və restoranlar bunu etməsə CƏRİMƏLƏNƏCƏK - VİDEO


Toylarda, restoranlarda və klublarda oxunan şeirlərə görə obyekt sahibləri həmin şeirlərin müəllifləri üçün əlavə ödəniş etməli olacaqlar. Bu, Nazirlər Kabinetinin qərarında öz əksini tapıb. "XəzərXəbər" məsələni tamada, şadlıq evi sahibləri və hüquqşünaslarla araşdırıb.

Şadlıq evlərində tamadaların dediyi şeirlərə görə həmin şeirlərin müəlliflərinə əlavə pul ödəniləcək. Bu, Nazirlər Kabinetinin 20 oktyabr tarixli 466 nömrəli qərarında öz əksini tapıb. Toylarda tamada kimi çıxış edənlər deyirlər ki, belə bir qərarın verilməsi onların gəlirlərinin azalmasına səbəb olacaq.

Hüquqşünas Xəyal Bəşirov deyir ki, müəllif hüququna görə şeirlərin müəlliflərinə ödəniləcək qonararı şadlıq evi, restoran, klub sahibləri ödəyəcək. Özü də toy mərasimləri üçün ödəniləcək məbləğ günlük olmalıdır. Ancaq toy mərasimləri xaricində klublarda və restoranlarda isə müəllif hüququ üzrə ödənişlər aylıq olacaq. Şadlıq evlərindən birinin inzibatçısı Habil Ağayev "XəzərXəbər”ə bildirdi ki, Bakı toylarında tamadaların iştirakı dəbdən düşmək üzrədir. Onun rəhbərlik etdiyi şadlıq evində tamadalığı daha çox müğənnilərin özlərinin etdiyini, onların da şeir oxumadıqlarını deyən Habil Ağayev qərarın onların fəaliyyətinə təsir etməyəcəyini bildirir. Ancaq ortada bir reallıq var ki, şadlıq evləri şeir deyilən toylarda öz qazanclarından tamadaların əvəzindən pul ödəməkdə maraqlı olmayacaq. Ona görə də bu vəsait elə dolayı yolla yenə tamadaların özlərindən alınacaq. Ya da ki, tamadalar yalnız özlərinin yazdıqları şeirləri oxuyacaqlar ki, əlavə pul ödəməsinlər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti