Qardaşını edam edən İŞİD-çi danışdı - Video

Qardaşını edam edən İŞİD-çi danışdı - Video


2016-cı ildə müxalif fikirdə olduğu üçün qardaşını edam edən İŞİD üzvü Abdulxaliq Abdulqadir Əli dünən Türkiyənin Kayseri şəhərində ələ keçib.

Teleqraf.com xəbər verir ki, İraq əsilli terrorçu polisə ilkin ifadəsində qardaşı Abdurrahmanı öldürməsinin səbəbini açıqlayıb. Terrorçunun sözlərinə görə, özündən bir yaş böyük qardaşı Abdulqadir Əbdürrəhman İraqda polis zabiti olub. Əbdürrəhman İŞİD-ə qarşı çıxdığı üçun barəsində ölüm hökmü verilib. Hökmün icrası kiçik qardaşı Abdulxaliq Abdulqadir Əliyə həvalə edilib. Abdulqadir Əli isə İŞİD-ə sədaqətini sübut etmək üçün ona verilən əmri yerinə yetirir. Qardaşını başından atəş açaraq öldürüb və görüntüləri videoya çəkdirərək internetə yerləşdirmişdi.

Gizli yollarla Türkiyəyə keçən Abdulxaliq Abdulqadir Əli sağ ələ keçən edam hökmünü icra etmiş və İnternetdə videosu yayılmış ilk İŞİD üzvüdür.

Onunla bərabər Yusuf Mustafa, Sabir Kurdi və Məhəmməd Kurais də polis tərəfindən yaxalanıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti