"BakuBus"un sürücüsü yol hərəkəti qaydasını belə pozdu - VİDEO

"BakuBus"un sürücüsü yol hərəkəti qaydasını belə pozdu - VİDEO


''BakuBus''a məxsus avtobusun sürücüsü yol hərəkət qaydasını pozub.

O, əks zolağa keçərək digər sürücülərə qəza şəraiti yaradib. Söhbət 13 nömrəli marşrut avtobusunun sürücüsündən gedir.
Əks zolağa çıxması azmış kimi, üstəlik qarşısına çıxan avtomobildən yol da istəyir.

Məsələ ilə bağlı ''BakuBus'' MMC-nin mətbuat xidmətnin rəhbəri Mansur Piriyev "Xəzər Xəbər"ə bildirdi ki, Binəqədi rayonu, Rəşid İsmayılov küçəsində baş verən qayda pozuntusu ilə bağlı araşdırmanın nəticəsi olaraq, sürücü Kamran Kərimov tutduğu vəzifədən azad olunub.
Həm sərnişinlər, həm də digər yol hərəkəti iştirakçıları "BakuBus" avtobusunu idarə edən sürücülərin yol verdiyi hər hansı qayda pozuntusunu müşahidə etdikdə avtobusların salonunda və arxasında quraşdırılmış lövhələrdəki telefon nömrəsinə müraciət edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah qaz olmayacaq

20.11.2017 / 19:32
 
Xəbər lenti