Qonşular it üstündə qırğına çıxdılar - Video

Qonşular it üstündə qırğına çıxdılar - Video


Ağsuda kişi itini öldürən qonşusundan qisas alıb. O da gecə qonşunun həyətinə girərək onun itini öldürüb və ağacdan asıb. Qonşuların it mübahisəsi böyüdüyündən məsələni polis nazarətə götürüb.

Gecce.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, rayon sakini Almaz Adıgözəlova həyətdə itin hürdüyünü eşidib və evinə naməlum şəxslərin girməsindən şüphələnib. Lakin qəfildən itin səsi kəsilib. Həyətə çıxanda görüb ki, it öldürülüb və ağacdan asılıb.

Ev sahibi əvvəlcə həyətə oğru girməsindən şübhələnib. Sonradan məlum olub ki, itini qonşusu öldürüb. Evinə basqın edənin kimliyini dəqiqləşdirmək üçün polisə müarciət edib. Məlum olub ki, onun həyətinə girib itini öldürən şəxs qonşusu Qabil Nəbiyevdir.

Qabil iti asaraq öldürdüyünü etiraf edir. O, öz əməlini qonşusunun onun itini öldürməsi ilə ələqləndirir.

İki qonşu arasında başlayan mübahisəyə polis müdaxilə edib. Hazırda kimin haqlı, kimin haqsız olduğu dəqiqləşdirilir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti