Yanan avtomobilini söndürməyə cəhd edən sürücü xəstəxanalıq oldu - Video

Yanan avtomobilini söndürməyə cəhd edən sürücü xəstəxanalıq oldu - Video


Yevlaxda "TIR" yanıb.

Gecce.az ARB-yə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Yevlaxdan keçən hissəsində baş verib.

Paytaxta doğru hərəkətdə olarkən avtomobilin kabinəsində qəfil yanğın baş verib. Sürücü avtomobili söndürməyə cəhd etsə də, buna nail ola bilməyib. Müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Hadisə yerinə FHN-in Yevlax rayon Yanğından Mühafizə Hissəsinin briqadası cəlb olunub. Yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıb, avtomobildə olan 3 litrlik qaz balonunu mühafizə edib. Nəticədə baş verə biləcək partlayışın qarşısı alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti