Qızı 5 nəfəri öldürən biznesmen - “1,5 milyon dollar ödəməyə hazıram”

Qızı 5 nəfəri öldürən biznesmen - “1,5 milyon dollar ödəməyə hazıram”


Xəbər verdiyimiz kimi, 18 oktyabrda Ukraynanın Xarkov şəhərində 20 yaşlı Yelena Zayçevanın törətdiyi avtomobil qəzası nəticəsində 5 nəfər ölüb və daha 6 piyada yaralanıb.

Yelenanın biznesmen atası Vasili Zayçev ölənlərin və yaralananların ailələri ilə görüşüb, onların qarşısında diz çökərək qızını bağışlamalarını istəyib.

61 yaşlı iş adamı bildirib ki, zərər çəkənlərin ailələrinə ümumilikdə 1,5 milyon dollar yardım etməyə hazırdır:

“İnsanların ölümünə səbəb olan bu qəzaya görə mən və həyat yoldaşım çox kədərliyik. Üzüntümüzü sözlərlə ifadə edə bilmərik. Qızımızı bağışlamaları üçün zərər çəkənlərin ailələrinə yalvarırıq. Onlara bütün maddi dəstəyi göstərəcəyimizi bildiririk”.

Qızı 5 nəfəri öldürən biznesmen - “1,5 milyon dollar ödəməyə hazıram”


V.Zayçev qəzaya görə sadəcə qızının məsuliyyət daşımadığını da deyib:

“Başqa bir avtomobil qızımın maşınını vurduğu üçün qəza bu qədər şiddətli olub. Məhkəmənin qəzaya görə iki nəfərin məsuliyyət daşıdığını nəzərə alacağına və buna uyğun cəza müəyyələndirəcəyinə ümid edirik. Ədalətli qərara hörmət göstərəcəyik”.

Qeyd edək ki, tibbi yoxlanış zamanı Yelena Zayçevanın qanında opiat aşkarlanıb. Narkotik maddənin təsiri altında qəza törədən biznesmen qızının 10 il azadlıqdan məhrum ediləcəyi bildirilir.



“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah qaz olmayacaq

20.11.2017 / 19:32
 
Xəbər lenti