Əməliyyat masasında ölən 8 yaşlı uşağın həkimə son yalvarışı: “Kateteri sinəmə qoymayın, ağrıdır...”(Video)

Əməliyyat masasında ölən 8 yaşlı uşağın həkimə son yalvarışı: “Kateteri sinəmə qoymayın, ağrıdır...”(Video)


“Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Yusif Əliyevin yalan danışdığını ona sübut edəcəm”.

Bunu AzNews.az-a açıqlamasında Bakıda əməliyyat zamanı ölən 8 yaşlı Şölə Kərimovanın atası Sumqayıt şəhər sakini Sübhan Kərimov bildirib. Onun sözlərinə görə, Şölə Kərimova potoloji müayinə olunmadan əməliyyat otağına aparılıb:

“Onların dedikləri bəhanədən başqa bir şey deyil. Uşaq dializ xəstəsi idi. Səhiyyə Nazirliyinin göndərişi ilə xəstəxanaya aparılıb. Həmin xəstəxana bizi iki aya yaxın süründürməçiliyə saldı. Hər dəfə bir bəhanə gətirdilər, gah dedilər həkim Türkiyədədir, gah da kateter gəlməyib. Həmin arada uşağın qanında zəhərin miqdarı 200-dən 500-ə qalxmışdı. Kateter buna görə işə yaramadı. Uşaqda isə gündən –günə zəhər qalxırdı. Bizi xəstəxanaya əməliyyat adı altında aparmayıblar. Şölənin qoluna kateter yerləşdirmək üçün xəstəxanaya aparıblar. Həmin kateter “Medical Center” də olub. Şahin həkim ölməyib, sağdır. Orada bizə bildiriblər ki, bu xəstəyə narkoz olmaz. Bu uşaq digər vasitələrlə əmiyyat olunmalıdır. Bunun birinci əməliyyatı çox uğurlu alınmışdı. Şahin həkim uşağın sinəsinə kateteri elə yerləşdirmişdi ki, uşağın ruhu da incimədi”.

Sübhan Kərimovun iddiasına görə, həmin gün uşaq səhər saat 12:00-dan 15:00- a kimi mərkəzdə olsa da, həkimlər onu günün sonu qəbul edib:


“Həkimlər çox xəstələri yola salıb. Həyat yoldaşım mərtəbələri aşağı-yuxarı qalxıb düşüb. Nəhayət saat 15:00-da uşağı qəbul ediblər. O da necə? Uşaq deyib-gülən idi. Onun paltarını soyundurub otağa salıblar, qapını da arxadan bağlayıblar. Uşaq həkimə yalvarıb ki, bu “kateteri sinəmə qoymayın, ağrıdır məni, gecələr yata bilmirəm. Nə olar onu qoluma qoyun”. Eldar həkim tərbiyəsizlik edib, uşağın üstünə qışqırıb. Yusif həkim isə ümumiyyətlə, o prosesdə iştirak etməyib. Bəs, həmin günü o, hara qaçmışdı? Niyə uşağı kəfənləmişdi? Əgər onların səhvi yoxdursa, körpə uşağı orada niyə kəfənləmişdilər? Onlar elə zənn ediblər ki, biz kəfənin açılmağına razı olmayacağıq. Uşağı götürüb evə gəldim, məsciddə yuyanda baxdım ki, qızıma heç bıçaq da vurulmayıb. Eldar həkimin səs yazısı var. Özü deyir ki, “hər şey normal gedirdi, birdən dayandı”. Bunu o, deyib. Mən bunu onlara keçməyəcəm, kimlərin yalan danışdığını sübut edəcəm”.

Qeyd edək ki, 8 yaşlı qız narkoz verildikdən sonra həyatını itirib. Hadisə Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş verib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti