Masallıda yaşlı qadın yük maşını ilə su çəni arasında qalaraq ölüb - VİDEO

Masallıda yaşlı qadın yük maşını ilə su çəni arasında qalaraq ölüb - VİDEO


Əyləcində nasazlıq yaranan yük maşını arxaya hərəkət edərkən yaşlı qadın yük maşını ilə su çəni arasında qalaraq ölüb.

Hadisə Masallının Böyük Kolatan kəndində baş verib. Kənd sakini, 76 yaşlı Səmayə Şirəliyeva ot bağlaması almaq üçün yaxınlarına müraciət edib. Rayonun Qədirli kənd sakini Təbriz Eynalov idarə etdiyi yüklə dolu maşını ilə onun evinə gəlib. Yuk avtomobili üzü yuxarı hərəkət edərkən nasazlıq yaranıb və arxaya dogru getməyə başlayıb. Ərazi bir qədər palçıqlı olduğu üçün avtomobil sürüşüb. Ev sahibəsi 76 yaşlı Səmayə Şirəliyeva yük maşını ilə su çəninin dirəkləri arasında sıxılaraq qalıb. Nəticədə qadın hadisə yerində keçinib. Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti