Bakıda universitetdə oğlan qıza sürpriz evlilik təklifi etdi - video

Bakıda universitetdə oğlan qıza sürpriz evlilik təklifi etdi - video


Bakı Dövlət Universitetində (BDU) oğlan qıza bufetdə evlilik təklifi edib.

Gecce.az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, Günel Bəşirova Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsidir. 25 yaşlı Elvin Salamzadə ilə elə sözügedən universitetdə tanış olub.

Türkiyədə təhsilini bitirdikdən sonra Azərbaycana qayıdan Elvin, təklifi tanış olduqları gündə etmək qərarına gəlib. Evlilik təklifinin bufetdə edilməsinin də xüsusi səbəbi var.

Bufetdə tanış olduqları üçün təklifi də elə bufetdə edən oğlan, sosial şəbəkələrdə məşhur olacaqlarını gözləmədiklərini deyib.

Elvin və Günel hər ikisi Şəki şəhərindəndir. Onlar noyabr ayının 1-i nişanlanmağa hazırlaşırlar. Günel universiteti bitirdikdən sonra isə Bəşirovlar ailəsinin qapısında toy çalınacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti