Maşın nömrəsindəki bir hərf boşanmaya səbəb oldu - Video

Maşın nömrəsindəki bir hərf boşanmaya səbəb oldu - Video


Azərbaycanda 5 ildir evli olan qadının qeyri-adi istəyi boşanmaya səbəb olub.

Gecce.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, 5 ildir ki, evli olan qadın ərinin aldığı avtomobilin dövlət qeydiyyat nişanında olan hərflərdən birinin öz adının baş hərfi olmasını istəyib. Lakın alınan maşının nömrəsindəki hərf başqa olub və buna görə ərini qısqanan qadın ondan boşanmaq üçün vəkil tutub.

25 yaşlı qadınının bu istəyini əri ilk vaxtlar qeyri-ciddi qarşılayıb. Sondan məhkəməyə çağrılması onu əməlli başlı şoka salıb. O, məhkəmədə nömrəni dəyişməyə razı olduğunu desə də, qadın razılaşmayıb.

Hadisə haqda eşidən hər kəs elə qadının əri qədər şoka düşür. Boşanma səbəbinin bu qədər cılızlaşması hər kəsdə təəssüf hissi yaradır.

Sosioloqlar son zamanlar belə xırda səbəblərə görə boşanmaların artığını deyirlər. Bildirilər ki, buna səbəb insanların ailə dəyərlərinə ötəri yanaşması və gənc ailələrin hər xırda qüruru ailədən üstün tutmasıdır.

Qeyd edək ki, bu qeyri adi səbəbə görə ayrılan cütlüyün bir azyaşlı övladı da var.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti