Toyda bəyi növbə ilə sillələyib, pul verdilər - Video

Toyda bəyi növbə ilə sillələyib, pul verdilər - Video


Toyda bəyi təbrik etmək üçün üzünə sillə vurur, daha sonra isə pulu yerə atır və ya cibinə qoyurlar.

Gecce.az-ın “Xəzər Xəbər”ə istinadən verdiyi məluata görə, qəribə toy adəti sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Bəzi məqamlarda vurulan sillə o qədər güclü olur ki, bəy zərbənin təsirindən özünə gəlmək üçün bir müddət kənara çəkilməli olur.

Milli Elmlər Akademiyasının Folklor İnstitutunun folklorşünası Elçin Qaliboğlu bildirib ki, bu adətin hansısa keçmiş ənənələrlə bağlılığı yoxdur. Bu sadəcə gənclərin şıltaqlığını əks etdirən bir görüntüdür.

Elçin Qaliboğlu bildirir ki, toyda əylənmək, rəqs etmək də lazımdır. Ancaq belə heç bir məntiqi və əsası olmayan hərəkətlər toy kimi müqəddəs bir el adətini insanların gözündən sala bilər. Onun firkincə, toyların məzmunun zənginləşməsinə böyük ehtiyac var.

Onu da qeyd edək ki, videoda əks olunan hərəkətlərə daha çox Azərbaycanın şimal-qərb regionundakı toylarda rast gəlinir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

22.10.2017 / 10:00
 
Xəbər lenti