Onun ürəyi sağda, qaraciyəri isə solda yerləşir - Video

Onun ürəyi sağda, qaraciyəri isə solda yerləşir - Video


Sumqayıt şəhər sakini, 51 Yaşlı Hafiz İmamnəzərlinin ürəyi sağda, qaraciyəri isə solda yerləşir.

Gecce.az-ın “Xezerxeber”ə istinadən verdiyi məlumata görə, o, daxili orqanlarının fərqli istiqamətlərdə yerləşməsinə görə ölkədə yeganə insandır. Bu şəxs 10-cu sinifdə oxuyarkən özündə qeyri-adilik olduğunu öyrənib. İllər sonra isə müraciət etdiyi həkimlər ona daxili orqanlarının yerinin dəyişik olduğunu deyib.

H.İmamnəzərli bu yaşına qədər bədənində orqanların yerdəyişikliliyi ilə bağlı heç bir problem yaşamayıb.

Onun sözlərinə görə, qeyri-adiliyini bilən dostları və yaxınları da bu halı təəccüblə qarşılayıblar.

Həkim məsləhəti əsasında İmamnəzərliyə orqanlarınının yerinin bilinməsi üçün orqanizminin tibbi xəritəsi də verilib.


Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

21.10.2017 / 10:00
 
Xəbər lenti