Qubaya 17 santimetr qar yağdı - video

Qubaya 17 santimetr qar yağdı - video


Qubanın bəzi bölgələrinə qar yağıb.

Gecce.az-ın ARB TV-yə istinadən məlumatına görə, oktyabrın 1-dən hava şəraitinin kəskin dəyişməsi nəticəsində Quba və Qusarın yüksək dağlıq əraziləri bəyaza bürünüb.

Quba Regional Hidrometrologiya mərkəzindən bildiriblər ki, qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub. Dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.

Ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 17 santimetrə çatıb. Qızır kəndində 7, Ləzə kəndində isə 3sm qar yağıb. Qarın yağması Quba-Xınalıq, o cümlədən digər ucqar kəndlərə gedən yollarda çətinlik yaratmayıb.




Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti