Abdullanın dəhşətli videosu yayıldı - “Anam bombanı çəkdi...”

Abdullanın dəhşətli videosu yayıldı - “Anam bombanı çəkdi...”


Bu günlərdə Bağdadda tapılan azərbaycanlı uşaqlarla bağlı yeni video yayılıb. Yeni kadrda balaca Abdulla baş verənləri anladır.

Gecce.az xəbər verir ki, Sputnik Azərbaycan, Abdullanın tapıldığı döyüş bölgəsində hərbçilərin yardım etdiyi bir qrup yaralı uşağın yer aldığı kadrları əldə edib. Kadrlarda hərbçilərdən biri Abdullaya türk dilində suallar verir və cavabları ərəb dilinə tərcümə edərək kameraya danışır.

— Siz bombanı hardan gətirdiniz?
— Gətirmədik e, anamda idi. Anam onu çəkdi, yerə qoydu, bunlar da (əli ilə hərbçini göstərir — red.) partlatdı. Qan idi anam. Kafirlər atdı. Düşdü, çıxdı, yandı, əlim də yara oldu. Anam ölüb. Yandı anam.

Bu dialoq, İraqın Təlafər şəhərində yaralı uşaqlara yardım göstərən hərbi formalı şəxslə, son günlərdə ölkə gündəmini sarsıdan üç yaşlı Abdulla arasında baş verib. Xatırladaq ki, Sputnik Azərbaycan bu günlərdə Bağdaddakı sığınacaqlardan birində rusiyalı jurnalistlər tərəfindən videolentə alınmış azərbaycanlı uşaqlar — 2 yaşlı Xədicə və 3 yaşlı Abdulla barədə məlumat yaymışdı. Ölkə mediasında ictimailəşəndən sonra məsələyə dövlət rəsmiləri də reaksiya vermiş, Xədicə və Abdullanın Azərbaycana gətirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görülmüşdü.

Həmin kadrlarda yaralı uşaqlar və onlara yardım göstərən hərbi formalı şəxslər də var. Yaralı uşaqlardan biri onun yarasını sarıyana "ağrıyır qıçım" deyə qışqırır. Digər yaralı uşağa hərbi formalı adam türk dilində "çay iç" deyir və ona su verir. Suyu içən uşağa "az iç, qusarsan" deyir.

"Anaları qaçqın adı altında maskalanaraq 9-cu tank diviziyasının bölmələrinin yerləşdiri yerdə partlayış törətməyi planlaşdırıblar. Lakin bizim hərbçilər əvvəlcədən bu qadınların terrorçu-kamikadze olduqları barədə kəşfiyyat məlumatı əldə ediblər. Danışıqlar zamanı qadınlar təslim olmaqdan imtina ediblər və özlərini partladıblar" — deyə ərəb dilində danışan hərbçi bildirib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti