Deputat həmkarını iclas zalında belə nokaut etdi - VİDEO

Deputat həmkarını iclas zalında belə nokaut etdi - VİDEO


Kiyev vilayət şurasında “Pyotr Poroşenkonun Bloku” və “Batkivşina” Partiyasının üzvü olan deputatların davasının görüntüləri yayılıb.

Video Ukraynanın “Beşinci kanalı”nın Yutub səhifəsində dərc edilib.

Qeyd edək ki, parlament üzvləri arasında münaqişə sentyabrın 26-da baş verib. Dava zamanı “Pyotr Poroşenkonun Bloku”ndan olan deputat Vitali Karlyuk “Batkivşina” Partiyasından olan həmkarı Vladislav Xaxulini nokaut edib.

“Batkivşina”nın nümayəndəsi xəstəxanaya yerləşdirilib. Həkimlər deputata çənə və dişlərin sınığı, həmçinin beyin silkələnməsi diaqnozu qoyublar.
Hadisə vilayət şurasının iclası zamanı, uzun müzakirələrdən sonra gündəliyin səsverməyə qoyulması zamanı baş verib.

Publika.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti