Sərkisyana meyxana deyən azərbaycanlı deport edildi – Video

Sərkisyana meyxana deyən azərbaycanlı deport edildi – Video


Rusiyanın Həştərxan vilayətində yaşayan balaca Mehdi Həsənovun ailəsi vilayətdən deportasiya olunmaq təhlükəsi ilə üz-üzə qalıb.

Teleqraf.com-un məlumatına görə, ailə Həştərxandakı qeyri-leqal miqrantlar üçün nəzərdə tutulmuş sığınacaqlarda yerləşib. Mehdinin atası Mais Həsənov bildirib ki, ailəyə təzyiqlər oğlunun Ermənistan prezidenti Serj Sərkisyanın ünvanına oxuduğu meyxananın Yutub videohostinqində yerləşdirilməsindən sonra başlayıb. O, Rusiya Federasiyası ərazisində qeyri-qanuni yaşama ittihamı ilə məhkəməyə çağırılıb. Məhkəmə bütün ailənin Rusiyadan Azərbaycana deportasiya edilməsi ilə bağlı tələsik qərar qəbul edib.

Mais Həsənovun sözlərinə görə, bütün bunlar çox təcili qaydada və olduqca sərt şəkildə həyata keçirilib:

“Evdəki pullar yoxa çıxdı, şəxsi əşyaları və xərclik pulumuzu götürməyə belə imkan vermədilər. Bütün ev əşyalarını evdə saxlamalı və evi tərk etməli olduq. Həştərxan vilayəti Daxili İşlər Nazirliyinin Miqrasiya Baş İdarəsinin əməkdaşları məni və hamilə arvadımı məhkəməyə götürdülər, iki azyaşlı övladımız isə baxımsız vəziyyətdə evdə saxlanıldı. Sənədlərə qısamüddətli baxışdan sonra bütün ailənin Rusiyadan deportasiya edilməsi ilə bağlı qərar verildi. Baxmayaraq ki, bizim məhkəmənin qərarından şikayət etməyimiz üçün qanunla 10 gün vaxtımız var”.

Balaca Mehdi özü isə xüsusi sığınacaqdan Azərbaycanın Rusiyadakı səfirliyinə tezliklə azadlığa buraxılmaları və vətənə qaytarılmalarına kömək etmək üçün video-müraciət edib.

Həsənovlar ailəsinin təcili deportasiyası ilə bağlı Həştərxan vilayətinin Axtyubinsk rayonunun Miqrasiya İdarəsinin rəisi Yelena Sidelnikova ilə əlaqə yaratmaq cəhdləri hələlik mümkün olmayıb.

Mövzunu diqqətdə saxlayacağıq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

22.10.2017 / 10:00
 
Xəbər lenti