Sağlam uşağa "qolu sınıb" deyərək gips qoydular - Video

Sağlam uşağa "qolu sınıb" deyərək gips qoydular - Video


Sentyabrın 21-də rayonun Elabad kənd sakini, 1 yaş 5 aylıq Sevinc Sarılının qolunda ağrı yaranıb.

Gecce.az Xezerxeber-ə istinadən xəbər verir ki, valideynləri də uşağı müayinə etdirmək üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparıblar. Orada xəstəxananın həkimi Fazil Əzizovla rastlaşıblar. Həkim uşağın azyaşlının qolunun sındığını bildidirb.

Lakin evə gələndən sonra azyaşlının ağrıları daha da artıb.

Müəyyən şübhələrlə üzləşən valideynlər Sevinci Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına apararaq yenidən müayinə etdiriblər. Orada uşağın qolunun sınmadığı deyilib. Üstəlik də gipsin düz qoyulmadığı bildirilib.

Gipsi açdıqda isə görüblər ki, uşağın qoluna xeyli zərər dəyib.

Məsələ ilə bağlı mövqe öyrənmək üçün Ağsu Rayon Mərkəzi Xəstəxanasına baş çəkdik. Xəstəxanadan bildirildi ki, uşağın qolunu gipsə salan Fazil Əzizov Bakıda imtahandadır. Onun özü ilə əlaqə saxladıq. Əvvəlcə müsahibə verməyə razılaşsa da, bir neçə dəqiqə sonra telefonunu söndürdü. Xəstəxana rəhbərliyinin məsələyə münasibəti isə çəkiliş qrupunu məhkəməyə verməklə hədələmək olub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti