“28 May”da bədbəxt hadisə - Küçədə öldü + Video

“28 May”da bədbəxt hadisə - Küçədə öldü + Video


Bu gün “28 May” metrostansiyasının qarşısında bədbəxt hadisə baş verib.

Hadisə şahidləri bildirib ki, yaşlı bir kişi yıxılaraq dünyasını dəyişib. Ətrafdakı insanların ilkin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Nəsimi Rayon Polis idarəsindən "Qafqazinfo"ya faktı təsdiqləyiblər. Bildirilib ki, meyitin şəxsiyyəti hələ ki, məlum deyil, bu istiqamətdə işlər aparılır.

***

Ölən şəxsin kimliyi müəyyənləşdirilib. O, 1951-ci il təvəllüdlü Bakı şəhər sakini Babayev Fikrət Məmməd oğludur.

***

Hadisə şahidləri F. Babayevin infarkt keçirdiyini bildirib. Şəxsin ölümüylə bağlı ailəsinə xəbər verilib.

“Qafqazinfo”

“28 May”da bədbəxt hadisə - Küçədə öldü + Video

“28 May”da bədbəxt hadisə - Küçədə öldü + Video


Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti