Cem Yılmaz "Neyləyək" dedi, gözlər Azərbaycan mahnılarına yönəldi - video

Cem Yılmaz "Neyləyək" dedi, gözlər Azərbaycan mahnılarına yönəldi - video


İradə İbrahimovanın "Neyləyək" mahnısının Cem Yılmazın "Əli Baba və 7 cücələri" filmində səsləndirməsi xəbərindən sonra türk mətbuatı Azərbaycanın sevilən mahnılarının siyahısını təqdim edib.

Gecce.az-ın məlumatına görə, yazıda bunlar qeyd olunub:

“Azərbaycan dili bizə hər zaman xoş gəlib. Ən əsası da AzTV-ni açıb, verilişləri, filmləri izləməkdən xoşumuz gəlib. “Ali baba və 7 cücələr” filmində Zafer Algözün canlandırdığı Kənan Mahmudov obrazında da bu sevginin haqsız yerə olmadığı ortaya çıxır. Filmin ən gülməli anı Kənan Mahmudovun düşməni Boris Mançovla görüş səhnəsidir. İradə İbrahimovanın “Neyləyək” mahnısını oxuyaraq atışan səhnəsi film dünyasında ilk və təkdir. Bundan sonra mahnı sosial mediada məşhurlaşdı. Biz də ən çox dinlənilən Azərbaycan mahnılarını araşdırdıq”.

“Youtube”də araşdırma aparılaraq, ən çox izlənilən kliplər sırasından seçilənlər:

1. İradə İbrahimova “Neyləyək”.



2. Azərbaycanın Ziynet Salısı Günay İbrahimova “Dəlisiyəm gecənin”.



3. Rauf “Münasibət mənfi 40 dərəcə”



4. Polad Bülbüloğlu ilə Şəbnəm Fərah dueti.




5. Süleyman Lokbatanlı və Aydın Sani “Məni axtar darıxanda”.



6. Ceyla “Unuduram”.



7. Azərbaycanda lirik mahnı deyəndə ağla ilk gələn ad və ölkəsini “Eurovision”da təmsil edən Dilarə Kazımova.



8. “Cibdə varsa pul, life is wonderful” deyən “Dəyirman” qrupu.



9. 1990-cı illərin “Yuxu” qrupu "Sən məni aldatdın”.



10. Röya və Xəyyam Nisanov dueti “Sənə ehtiyacım var”.



Bundan əlavə siyahıda Sevda Yahyayeva, Xatirə İslam, Ədalət Şükürov, Aysel Teymurzadə, Müslüm Maqomayev, Fərid Məmmədov və başqaları da yer alır.

Bəzən türkiyəli müğənnilər də Azərbaycan mahnıları oxuyur:

1. Cem Adrian “Ay qız”





2. Bengü “Gəl-gəl”



3. Günel “Hər şeyə dəyər”

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti