Ana doğuşdan sonra dünyasını dəyişib - 10 gündür səbəb açıqlanmır - VİDEO

Ana doğuşdan sonra dünyasını dəyişib - 10 gündür səbəb açıqlanmır - VİDEO


Ana doğuşdan sonra dünyasını dəyişib, amma hadisədən 9 gün keçməsinə baxmayaraq hələ də ölümün səbəbi bilinmir.

Hadisə Sabirabadda baş verib. Sentyabrın 10-da səhər saatlarında İmişlinin Qaraqaşlı kənd sakini, 32 yaşlı Nuranə Əzizova Sabirabad Rayon Regional Perinatal Mərkəzinə yerləşdirilib və o, normal doğuşla oğlan uşağı dünyaya gətirib. Doğuşdan sonra ana palataya köçrürülüb və vəziyyətinin normal olması barədə valideynlərinə məlumat verilib.

Yaxınlarının iddialarına görə, həmin gün valideynləri Nuranə Əzizovanı evə aparmaq istəsələr də, həkimlər onun bir gün xəstəxanada nəzarətdə qalmalı olduğunu bildiriblər. Lakin axşam saatlarında qəfildən Nuranə Əzizovanın halı pisləşib və dünyasını dəyişib.

Məsələ ilə bağlı Sabirabad Rayon Regional Perinatal Mərkəzindən bildirildi ki, qadının hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.
Hazırda körpənin vəziyyəti normaldır və bu gün ailəsinə təhvil verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti