10 yaşlı qızı 9-cu mərtəbədən atdılar - Bakıda qəribə hadisə+video

10 yaşlı qızı 9-cu mərtəbədən atdılar - Bakıda qəribə hadisə+video


Paytaxtın Binəqədi rayonunda qəribə hadisə olub.

Gecce.az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, 10 yaşlı uşağın 9-cu mərtəbədən atıldığı iddia olunur.

Hadisə avqustun 26-ı axşam saatlarında Rəsulzadə qəsəbəsində baş verib.

10 yaşlı Aytən Mehdiyeva deyib ki, naməlum 1 kişi və 1 qadın onun ağzına keyləşdirici ilə isladılmış parça tutaraq evin qapısının ağzından götürüb 9-cu mərtəbəyə çıxarıblar. Yuxarı çıxan zaman o, anlaqlı vəziyyətdə olub.

Zərərçəkmişin sözlərinə görə, müqavimət göstərməsinə baxmayaraq onu 9-cu mərtəbədən aşağı atıblar. Uşaq 1 saylı Şəhər Kiliniki Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Uşağın atası Zaur Mehdiyev bildirib ki, düşmən münasibətində olduğu bir adam yoxdur.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

20.10.2017 / 09:00
 
Xəbər lenti