“Yazıq “paduşqa” dəyişirdi, zülmlə çıxartdım” - Sürücü avtobusun altında can verdi

“Yazıq “paduşqa” dəyişirdi, zülmlə çıxartdım” - Sürücü avtobusun altında can verdi


Kürdəmir rayonunun Bakı prospektində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

ARB TV xəbər verir ki, Gəncə şəhər sakini 52 yaşlı Vahid İbrahimov, idarə etdiyi “Mersedes” markalı sərnişin avtobusunu yol kənarındakı restoranlardan birinin qarşısında saxlayıb.

Daha sonra avtobusun təkərində yaranan nasazlığı aradan qaldırmaq məqsədilə maşını avtokran vasitəsilə qaldırıb. Ehtiyyatsızlıq nəticəsində avtomobil Vahid İbrahimovun üstünə düşüb. Sürücü hadisə yerində ölüb.

Hadisə şahidi: “Gördüm ki, qalıb maşının altında. Yazıq “paduşqa” dəyişirdi. Zülmlə çıxartdım. Allah köməyi olsun camaatımızın”.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti