Sürücülərin nəzərinə: Bu lövhə sizi də çaş-baş sala bilər

Sürücülərin nəzərinə: Bu lövhə sizi də çaş-baş sala bilər


Formula 1 yarışları ilə bağlı alternativ yolları göstərən yol lövhəsi vaxtından əvvəl qoyulub və üzəri örtülmədiyinə görə sürücüləri çaş-baş salır.

Gecce.az-ın Xezerxeber-ə istinadən məlumatına görə, maraqlı mənzərə Xətai rayonu ərazisində Nobel prospektində qeydə alınıb.

Formula 1 yarışlarına az müddət qalmış paytaxtda nəqliyyatın hərəkətini tənzimləyən yeni lövhələr qoyulur. Ancaq Xətai rayonunun Nobel prospektində vaxtından əvvəl qoyulan bu nişan sürücülərə kömək etməkdən çox çətinlik yaradır.

Məsələ ilə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, formula 1 yarışı ilə bağlı qoyulan bu nişanlar yarışın baş tutduğu bütün trayektoriyalarda qoyulub və bu nişanların təsir müddəti iyunun 19-dan-26-dəkdir.

Buna görə də sürücülər həmin nişanları görən zaman çaşqınlıq yaşamasınlar.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti