Daha bir türk serialı reytinq qurbanı oldu - foto+video

Daha bir türk serialı reytinq qurbanı oldu - foto+video


Aslı Bekiroğlu baş rolunda çəkildiyi "Gülümse Yeter" serialının final xəbərini İnstaqramda elan edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yayda başlayan və reytinqlərdə yerini tuta bilən ekran işi son zamanlar gözlənilən uğuru əldə edə bilmir. Aktrisa reytinqlərdə geriləməyə başlayan ekran işinin final səhnəsi çəkildikdən sonra tərəf müqabili Yılmaz Kuntla fotosunu paylaşaraq yazıb:

"Yasəmənin macərası toyla başladı, toyla bitdi. Sanım serialım, heyətim, dostlarım... Deyiləcək çox söz yoxdur. Hamımız bir-birimizi sevdik, çox yaxşı davrandıq, güldük, əyləndik... Bizi dəstəkləyən hər kəsə təşəkkür".

Qeyd edək ki, "Show TV"də yayımlanan "Gülümse Yeter" yanvarın 17-də 24-cü seriya ilə final edəcək.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                         
40 milyona 20:43 40 milyona "Ferrari" almaq istəyən Dadaşova bacıları: "VİP müştəri xahiş etmişdi..."