Limit bitəndə su kəsilməlidirmi?

Limit bitəndə su kəsilməlidirmi?


Bakının Qum adası yaşayış massivində bir neçə abonentin su sayğacı ilə problemi yaranıb. Belə ki, sakinlər smart kart tipli sayğaca müəyyən məbləğ yükləyib suyu istifadə etsələr də yüklənən məbləğ bitdikdə su kəsilmir. Nəticədə sakinlərə axıb gedən əlavə su üçün əlavə borc yazılıb.

Limiti bitəndə su kəsilməli olsa da axmaqda davam edib. Nəticədə abonentə israf olunan suya görə borc yazılıb.Əli Əsmətov iddia edir ki,1 gün ərzində ona təxminən 16 manatdan çox ziyan dəyib.

Sakinlər smart kart tipli sayğacda yaranmış bu problemdən narazıdırlar. Onlar Paytaxtın Suraxanı rayon su idarəsinə müraciət etsələr də qaneedici cavab almayıblar.

Məsələ ilə bağlı Azərsu açıq səhmdar cəmiyyətinin sözcüsü Anar cəbrayılovla əlaqə saxladıq. O, problemin sayğacın elektron hissəsindəki nasazlıqdan qaynaqlandığını dedi. Anar cəbrayılov belə hallarda məsuliyyətin abonentdə olduğunu, limitdən artıq işlədilən suyun pulunun abonentin ödəməli olduğunu qeyd etdi. Abonentin istəyinə uyğun olaraq problem yarandığı təqdirdə sayğac Azərsu tərəfindən pulsuz dəyişdirilə də bilər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

25.09.2017 / 14:20
Baş həkim vəfat etdi

25.09.2017 / 13:17
 
Xəbər lenti