'Sırf uşaqlara görə evli qalmayın'

'Sırf uşaqlara görə evli qalmayın'


İngiltərədə uşaqlar arasında aparılan sorğuda, uşaqların böyük əksəriyyəti ana və atalarının onlara görə evli qalmaları yerinə boşanmalarını üstün tutuqlarını bildiriblər.

Gecce.az Guardian qəzetinə istinadən bildirir ki, sorğu əsnasında, yaşları 14 - 22 arasında olan, ana-ataları ayrılmış 514 nəfərə onların görüşləri haqqında suallar verildi.

Bu insanlardan yüzdə 82-si ana-atalarının sırf uşaqlar üçün məcburi evli qalmamasını və valideynlərinin bədbəxt olmasındansa ayrılmalarını üstün tutduqlarını söyləyib.

Bir vəkillik şirkəti üçün aparılan bu araşdırmaya görə, uşaqlar boşanma müddətində verilən qərarlarda daha çox söz haqqına sahib olmaq istədiklərini deyiblər.

Sorğuya qatılanların yüzdə 60-ından çoxu belə qərarlarda onların rolunun olmadığını bildirib..

Bu insanlardan yüzdə 50-si, ana-atalarının ayrılmasından sonra kimlə və harada yaşamaları barədə fikirlərinin dinlənilmədiyini vurğulayıb.

'Sırf uşaqlara görə evli qalmayın'


Ata ilə münaibətlər zəifləyir

Sorğu, uşaqların boşanma müddətində olduqca həyəcan yaşadıqlarına işarədir. Sorğuya qatılanların yarısı ana-atalarının boşanması ya da ayrılması zamanı nələr olub-bitdiyini anlamadıqlarını, yüzdə 19-u isə günahı özlərində olduğunu düşündüklərini deyib.

Sorğuda yer alan insanların yüzdə 31-i, ana-atalarının onların gözləri önündə dalaşmaqlarını istəmədiklərini bildiriblər.

Şirkət sorğuya əsasən qənaətə gəlib ki, uşaqların boşanmadan sonra anaları və digər bütün qohumlarla münasibətləri geniş ölçüdə eyni səviyyədə qalsa da, ataları ilə münasibətlərin səviyyəsi nəticə etibarilə olduqca aşağı düşür.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

15.11.2018 / 15:30
 
Xəbər lenti
                                                           
ankara escort