Bakıda maşın piyadanı vurub öldürdü

Bakıda maşın piyadanı vurub öldürdü


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bununla bağlı “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.

Qeyd edilib ki, hadisə yanvarın 19-u saat 21:00 radələrində baş verib.

Paytaxtın Nizami rayonunun B.Çobanzadə küçəsində Bakı şəhər sakini A.Abduyev idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən paytaxt sakini Ə.Zeynallını vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

26.01.2021 / 16:30
 
Xəbər lenti