Koronavirus xəstəsi mağazada aşkarlandı

Koronavirus xəstəsi mağazada aşkarlandı


Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tədbirlər mütəmadi olaraq davam etdirilir.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini R. Nuriyevin karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk edərək özünə məxsus ərzaq mağazasında olduğu müəyyən edilib.

Həmin şəxs həkimlərin müşayiəti ilə yaşadığı ünvana geri qaytarılıb. Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sükut anı... - Video

20.01.2021 / 12:00
 
Xəbər lenti