“Bu, bir daha erməni faşizmini nümayiş etdirir”

“Bu, bir daha erməni faşizmini nümayiş etdirir”


10 oktyabrda elan edilmiş humanitar atəşkəsə baxmayaraq, Ermənistan silahlı qüvvələri bu gün gecə radələrində Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yaşayış binalarına raket hücumu təşkil edib. İlkin rəsmi məlumata görə, 7 mülki vətəndaş həlak olub, 34 nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, erməni terroru nəticəsində yaralanan Gəncə şəhər sakini Əli Məmmədov Anadolu Agentliyinə açıqlamasında bildirib ki, öncə güclü partlayış səsi eşidilib, daha sonra ev uçub:

“Biz düşündük ki, zəlzələ oldu, dağıntıların arasından çətinliklə çıxdıq. Raket yaxınlıqdakı bir evin üzərinə düşdü. Qadınları və uşaqları hadisə yerindən uzaqlaşdırmağa çalışdıq”.

Qadınlardan biri isə qeyd edib ki, iki uşağı və anası ağır yaralanıb: “Uşaqlarım hazırda xəstəxanadadır”.

Gəncə sakini İlham Abbasov bildirib: “Erməni əsgərlərinin cəsədlərini toplaya bilməsi üçün humanitar atəşkəsə razılaşdıq. İlk fürsətdə vurdular. Bu, bir daha erməni faşizmini nümayiş etdirir”.

Abbasov raket zərbəsinin sırf yaşayış məntəqələrinə edildiyini vurğulayıb: “Burada hərbi qərargah varmı? Burada qadınlar və uşaqlar yaşayır, hətta yaxınlıqda bir park var”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti