Yanacaqdoldurma məntəqəsində atasını bıçaqladı

Yanacaqdoldurma məntəqəsində atasını bıçaqladı


Qaxda bıçaqlanma hadisəsi qeydə alınıb. “Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün rayonun Qoragan kəndi ərazisindəki yanacaq doldurma məntəqəsində baş verib.

Belə ki, məcburi köçkün olan 1961-ci il təvəllüdlü Əhmədov Cəmil Mehdi oğlu bıçaq yarası diaqnozu ilə Qax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinə zamanı C. Əhmədovun iki döş qəfəsindən və bir sol bazı nahiyəsindən bıçaq yarası aldığı məlum olub.

Yaralıya lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın cərrahiyə şöbəsində davam etdirilir. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Araşdırma zamanı C. Əhmədova bıçaq xəsarəti yetirən şəxsin onun oğlu, 1986-cı il təvəllüdlü Mirzəbəyov Mehdi Cəmil oğlu olduğu müəyyənləşib. O, müvafiq polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabahın hava proqnozu

07.08.2020 / 15:30
"Qucaqlarda oturmamışam" - Brilliant Dadaşovadan tənqidlərə cavab

05.08.2020 / 17:30
 
Xəbər lenti